İdman

Ronaldu: “Komanda yoldaşlarıma, ölkəmə heç vaxt arxa çevirməmişəm” – FOTO

Sharing is caring!

“Portuqaliya üçün Dünya Kubokunu qazanmaq karyeramın ən böyük və ən iddialı arzusu idi. Xoşbəxtlikdən, bir çox beynəlxalq titullar qazanmışam, o cümlədən də Portuqaliya üçün. Amma ən böyük arzum ölkəmizin adını dünyada ən yüksək səviyyəyə qaldırmaq idi”.

Bunu DÇ-2022-də artıq mübarizəni dayandıran Portuqaliya millisinin lideri Kriştianu Ronaldu yazıb.

“Bu arzum üçün çox mübarizə apardım…Təəssüf ki, dünən yuxu bitdi. Qaynar başla reaksiya vermək lazım deyil. Sadəcə hər kəsin bilməsini istəyirəm ki, çox sözlər deyilib, çox yazılıb, çox danışılıb, amma Portuqaliyaya olan bağlılığım bir an belə dəyişməyib. Mən həmişə ümumi məqsədlər uğrunda mübarizə aparan bir insan olmuşam və komanda yoldaşlarıma, ölkəmə heç vaxt arxa çevirməmişəm.

Hal-hazırda deyiləcək başqa bir şey yoxdur. Təşəkkürlər Portuqaliya. Təşəkkürlər Qətər. Xəyal davam edərkən gözəl idi… İndi yaxşı bir məsləhətçi olmaq və hər kəsin öz nəticələrini çıxarmaq vaxtıdır”, – deyə ulduz oyunçu sosial şəbəkədə qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir