Cəmiyyət

Tərtərdə kişi qətlə yetirilib: Saxlanılan var

Sharing is caring!


Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Elbrus Cəbrayıl oğlu Şəmilovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Muradxan İsa oğlu Hüseynov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir