İdman

Keyn: “Tamamilə tükənmişəm. Bu, ağrılıdır” – FOTO

Sharing is caring!

Harri Keyn İngiltərə yığmasının DÇ-2022-dən ayrılmasından sonra azarkeşlərə müraciət edib.

Dünən Qaret Sautqeytin komandası Fransaya 1:2 hesabı ilə uduzaraq dünya çempionatının 1/4 final mərhələsində mübarizəni dayandırıb. 84-cü dəqiqədə İngiltərə yığması penalti hüququ qazansa da, Keyn zərbəni qapının üstündən vurub.

“Tamamilə tükənmişəm. Biz əlimizdən gələni etdik. Hər şey məsuliyyəti öz üzərimə götürüdüyüm kiçik bir detala görə oldu. Bundan gizlənə bilməzsən, bu, ağrılıdır. Özünə gəlmək üçün vaxt lazımdır, amma bu, idmanın bir hissəsidir.

İndi təcrübədən istifadə edərək yeni bir çağırış üçün əqli və fiziki cəhətdən daha güclü olmalısınız. Turnir boyu dəstəyinizə görə təşəkkür edirəm. Bu, çox şey deməkdir”, – İngiltərə millisinin kapitanı yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir