İdman

DÇ-2022: Bu gün qrup mərhələsində II tura yekun vurulacaq – AFİŞA

Sharing is caring!

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.

Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.

H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022
Qrup mərhələsi, II tur
G qrupu

14:00. Kamerun – Serbiya
20.00. Braziliya – İsveçrə
Xal durumu: Braziliya – 3, İsveçrə – 3, Kamerun – 0, Serbiya – 0.

H qrupu

17:00. Cənubi Koreya- Qana
23:00. Portuqaliya – Uruqvay
Xal durumu: Portuqaliya – 3, Uru0vay – 1, Cənubi Koreya – 1, Qana – 0

Qeyd edək ki, hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir