İdman

Türkiyə və Almaniyadan qələbə, Argentinadan darmadağın – VİDEO

Sharing is caring!

Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı ərəfəsində həm turnirdə iştirak edən, həm də mundialdan kənarda qalan milli komandalar yoldaşlıq oyunlarında qüvvələrini sınayıblar.

DÇ öncəsi son hazırlıq xarakteri daşıyan matçlarda maraqlı nəticələr qeydə alınıb.

Əbu-Dabidə BƏƏ seçməsinin qonağı olan Argentina millisi rəqiblərinin qapısından 5 cavabsız top keçirib.

Omanın qonağı olan Almaniya isə rəqibini yalnız son dəqiqələrdə məyus edə bilib. Dörd qat dünya çempionları Oman seçməsini minimal hesabla üstələyib – 0:1.

Şotlandiyanı qonaq edən Türkiyə də azarkeşlərini sevindirməyi bacarıb. Ay ulduzlu komanda matçdan 2:1 hesabı ilə qalib ayrılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir