Dünya

Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu axtarışa verdi

Sharing is caring!

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, Kadırov “ibtidai istintaqdan gizlənən şəxslər” siyahısındadır.

Eyni zamanda o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, həmçinin təcavüzkar müharibə aparmaqda şübhəli bilinir.

Xatırladaq ki, bir müddət əvvəl Kadırov Limanda rus qoşunlarının məğlubiyyətindən sonra Ukraynaya qarşı “məhdud güclü nüvə silahlarından” istifadə etməyə çağırmışdı.

Kadırovun sözlərinə görə, onun əsgərləri müharibə başa çatsa belə, Ukrayna ərazisini tərk etməyəcəklər.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir