İdman

Çempionlar Liqası: “Milan” 1/8 finalda, “Yuventus” Avroliqada oynayacaq – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib.

E qrupunda “Milan” İtaliyada Avstriya “Zaltsburq”unu sınağa çəkib. “Qırmızı-qaralar” rəqibindən üstün oyun nümayiş etdirərək qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar – 4:0.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş “Çelsi”nin qonağı olub. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün lazımi nəticəni əldə edə bilməyib (2:1) və bu hüququ “Zaltsburq”a güzəştə gedib.

G qrupunda azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə etdiyi matçda Almaniyanın “Borussiya” (Dortmund) klubu Danimarkada “Kopenhagen”lə “sülh” bağlayıb (1:1), “Mançester Siti” isə İngiltərədə İspaniya “Sevilya”sını məğlub edərək qrupun qalibi olub 3:1.

Nəhayət, D qrupunda növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan Fransa PSJ-si İtaliyada “Yuventus”a qalib gəlsə də (1:2), Portuqaliya “Benfika”sının İsraildə Hayfa “Makkabi”sini darmadağın etməsi (1:6) turinlilərin Avropliqaya gedən yolunu açıb.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

E qrupu

“Çelsi” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:1

“Milan” (İtaliya) – “Zaltsburq” (Avstriya) 4:0

F qrupu

“Real Madrid” (İspaniya) – “Seltik” (Şotlandiya) 5:1

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Leypziq” (Almaniya) 0:4

G qrupu

“Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) 1:1

“Mançester Siti” (İngilttərə) – “Sevilya” (İspaniya) 3:1

H qrupu

“Yuventus” (İtaliya) – PSJ (Fransa) 1:2

“Makkabi” (Hayfa, İsrail) – “Benfika” (Portuqaliya) 1:6

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Tottenhem”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və “Ayntraxt” (Frankfurt), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir