İdman

“Napoli”dən darmadağın, “Yuventus” tək qola sevindi – VİDEO

Sharing is caring!

İtaliya A seriyasında XII tur davam edir.

Oxu.Az xəbər verir ki, günün iki maraqlı oyunundan biri Neapol, biri isə Leççedə baş tutub.

“Napoli” “Sassuolo”nu qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:0.

Son günlərin parlayan ulduzu Xviça Kvarasxeliya bu oyunda da qəhrəmanlardan birinə çevrilib. O, komandasının qələbəsinə iki məhsuldar ötürmə və bir qolla töhvə verib. Osimhen isə het-triklə darmadağında əsas rol oynayıb.

Günün ikinci matçında isə “Yuventus”u qəbul edən “Leççe” minimalhesablı məğlubiyyətə üzülüb – 0:1.

“Yuventus”un yeganə qolunu Faqioli vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir