Siyasət

Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün

Sharing is caring!

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Heydər ƏLIYEV


Bəli, dahi şəxsiyyət cənab İlham Əliyevə özü qədər inanırdı. Möhtərəm Prezidentimiz bu inamı tamamilə doğrultdu. Zaman və tarix göstərdi ki, Azərbaycan xalqı 19 il əvvəl olduq¬ca düzgün və müdrik seçim edib. Prezident İlham Əliyev öz müdrik siyasətilə xalqının dərin sevgisini qazana bilib.
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76,8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Azərbaycan xalqı İlham Əliyevi prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Dövlət başçısı 2003-cü ildə keçirilən andiçmə mərasimində qətiyyətlə bil-dirmişdir ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir: “Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik”. Belə də oldu, heç kimə sirr deyil ki, bu gün bölgədə həyata keçirilən bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın milli maraqları nəzərə alınmaqla həyata keçirilir və ölkəmiz Cənubi Qafqazın inkişaf lokomotivinə çevrilməklə yanaşı, Avrasiya materikində aparıcı aktor kimi qəbul edilir. Bundan başqa, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-da¬imi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər ərzində sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nü¬fuzunu və qüdrətini göstərməklə yana¬şı, Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətin milli maraqlara uyğun həyata keçirildiyini təsdiqlədi. Yeri gəlmişkən, Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi o qədər uğurlu olmuş¬dur ki, QH üzvü olan dövlətlər Prezident İlham Əliyevə müraciət etmişlər ki, Azərbaycanın quruma rəhbərliyi bir il də uzadılsın. Təklif qəbul olunmuşdur.
2008-ci ilin oktyabrında xalq yenə də “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, – deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi.
Yəqin ki, çoxlarınızın yadındadır, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı.
Həmin günlərdə müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək, İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.
2003-cü ildə keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini ölkəmiz üçün ən ağır problem adlandırmışdı: “Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtma¬lıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır”.
Prezident İlham Əliyev yüksək kürsüdən bir daha dünyaya səslənmişdi: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağı¬mıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”. Bəli, hələ 2003-cü ildə deyilmiş bu sözlər 2020-ci ilin sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq reallığa çev¬rildi.
Azərbaycanın si¬yasi-iqtisadi, humanitar və mədəni inkişaf yolu keçməsinə şərait yaradan, 30 illik erməni işğalına son qoyan cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düşü¬nülmüş islahatlarının və müdrik qərarları ilə ölkəmizin hərtərəfli güclənməsinin başlanğıcı məhz bu tarixdə qoyul¬muşdu. Prezident İlham Əliyev hər bir azərbaycanlının rifahını daima yaxşılaş¬dıran, problemlərin həllini asanlaşdıran, tərəqqiyə inkişafa və harmoniyaya səbəb olacaq addımlar atan güclü və müdrik lider kimi böyük xalqın etimadını qazan¬mışdı. Çünki Prezident İlham Əliyev hər zaman vurğulayır ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı daya¬nır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, on¬ların həyat şəraitinin daha da yaxşı¬laşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanmışdır.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyanın ən sayılıb-seçilən, qüdrətli dövlətlərindən biridir. Azərbaycan dövlət kimi mövcudluğundan bəri heç vaxt bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Azərbaycan Prezidenti Qarabağı azad etməklə xalqına əbədi başucalığı bəxş edib. Bütün bunlara görə xalqımız öz sevimli liderinə sonsuz inam və rəğbət bəsləyir və bu səmimi sevgi heç vaxt azalmayacaq.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir. Prezident İlham Əliyevin Ermənistan dövləti ilə sülh sazişi bağlamaq istiqamətindəki ardıcıl səyləri dövlət rəhbərimizin sülhsevərlik missiyasını dünyaya bəyan edir.
Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar.
Ötən 19 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, onun ətrafında sıx birləşib . Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.


Rafəddin Nağdəliyev
50 saylı Abşeron-Qobustan Seçki Dairəsinin sədri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir