İdman

Fırıldaqçılıqda günahlandırılan Neymar bəraət aldı

Sharing is caring!

İspaniya prokurorları 2013-cü ildə “Santos”dan “Barselona”ya transfer zamanı fırıldaqçılıqda günahlandırılan braziliyalı hücumçu Neymara qarşı bütün ittihamları geri götürüblər.

Oktyabrın 17-də başlayan məhkəmə prosesindən sonra forvard tam bəraət qazanıb. Bu iş üzrə digər şübhəli şəxslərlə bağlı da oxşar qərar qəbul edilib. Onların arasında futbolçu ilə yanaşı, onun valideynləri və “Barselona”nın keçmiş prezidenti Sandro Rosel də var.

Qeyd edək ki, hələ 2017-ci ildə Neymarın mühakimə olunacağı məlum olub. Futbolçunun hüquqlarının bir hissəsinə sahib olan DIS investisiya fondu 2013-cü ilin yayında braziliyalının yerli “Santos” klubundan “Barselona”ya transferi zamanı ödədiyi pulu tam olaraq geri almadığını bəyan edərək, Neymarın cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, Neymar dörd mövsümü “Barselona”da keçirib. Kataloniya komandasının tərkibində hücumçu ikiqat İspaniya çempionu olub və 2014/15 mövsümündə Çempionlar Liqasını qazanıb. 2017-ci ildə hücumçu PSJ-yə keçib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir