İdman

“Arsenal”ın keçmiş müdafiəçisi bıçaqlandı

Sharing is caring!

“Monza”da icarə əsasında çıxış edən “Arsenal”ın müdafiəçisi Pablo Mari bıçaqlanıb.

Hadisə Milan ətrafında yerləşən “Assaqo” ticarət mərkəzində baş verib.

Psixi xəstə olduğu güman edilən 46 yaşlı kişi supermarketin rəfindən bıçaq götürərək müştərilərə hücum edib və onlardan ən azı ikisini ağır yaralayıb.

Təcavüzkar ziyarətçilər tərəfindən zərərsizləşdirlib.

Ümumilikdə 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Supermarketin kassiri olan bir nəfər isə yolda dünyasını dəyişib.

Məlumata görə, futbolçunun huşu yerindədir. Onu artıq “Monza”nın baş direktoru Adriano Qalliani və məşqçi Raffaele Palladino ziyarət ediblər.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir