Cəmiyyət

Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik və yük maşının iştirakı ilə baş verən qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir