İdman

Çempionlar Liqası: “Çelsi” pley-offda, “Sevilya” 3 xalı 3 qolla qazandı – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Oxu.Az-ın məlumatına görə, dörd qrupda keçiriləcək səkkiz oyundan bəziləri artıq başa çatıb.

E qrupunda İngiltərənin “Çelsi” klubu Avstriyada “Zaltsburq”a qalib gələrək 1/8 finala vəsiqəni təmin edib – 1:2.

G qrupunda isə Danimarka “Kopenhagen”i “Sevilya” ilə İspaniyadakı görüşdə məğlub olub – 0:3.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” komandaları da pley-offa vəsiqəni təmin ediblər.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

“Zaltsburq” (Avstriya) – “Çelsi” (İngiltərə) 1:2

G qrupu

“Sevilya” (İspaniya) – “Kopenhagen” (Danimarka) 3:0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir