İdman

“Vilyareal”ı “Barselona”nın keçmiş baş məşqçisi çalışdıracaq – FOTO

Sharing is caring!

“Vilyarreal” Kike Setyen ilə razılaşıb.

Bu barədə klubdan məlumat verilib.

64 yaşlı mütəxəssislə 2024-cü ilə qədər müqavilə imzalanıb. Sabah o, komanda ilə ilk məşqinə çıxacaq.

Setyen “Aston Villa”nın baş məşqçisi Unai Emerini “Vilyarreal”ın baş məşqçisi postunda əvəzləyib. O, 2020-ci ilin avqustundan Çempionlar Liqasının 1/8 finalında “Bayern” tərəfindən 8:2 hesabı ilə darmadağın edildikdən sonra “Barselona” tərəfindən qovulduğundan bəri işsiz idi.

Qeyd edək ki, La Liqanın 11 turundan sonra “Vilyarreal” 18 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir