İdman

Bu axşam “Qızıl top” öz sahibini tapacaq

Sharing is caring!

Bu gün Bakı vaxtilə saat 22.30-da Parisdə “Qızıl top”un təqdimetmə mərasiminə start veriləcək. 

Sorğulara əsasən dünya futbolunda əsas fərdi mükafata iddialıların reytinqində ilk sırada Madrid “Real”ının ulduzu Kərim Benzema qərarlaşıb.

Həmçinin bu axşam qadınlar arasında “Qızıl top”, ən yaxşı qapıçı üçün Lev Yaşin mükafatı, ən yaxşı hücumçu üçün Gerd Müller mükafatı, ən yaxşı gənc oyunçu üçün “Kopa Trophy” kuboku, ən yaxşı klub mükafatı, həmçinin Sokrates adına mükafat, eləcə də ilk dəfə “çempionlar tərəfindən edilən ən yaxşı həmrəylik aksiyasına görə” mükafat təqdim olunacaq.

Qeyd edək ki, bu il ilk dəfə olaraq “Qızıl top” təqvim ilinə görə deyil, mövsümün nəticələrinə görə veriləcək.

Xatırladaq ki, 2021-ci ildə bu dəfə namizədlər siyahısına daxil edilməyən PSJ-nin hücumçusu Lionel Messi karyerasındakı yeddinci “Qızıl Top” mükafatını qazanıb.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir