İdman

“Formula-1”ə bilet alanların nəzərinə: Bilet vauçerlərinin elektron biletlə dəyişdirilməsinə başlanılıb

Sharing is caring!


“Formula-1” üzrə Azərbaycan Qran-prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi prosesi aprel ayının 6-dan etibarən başlayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Qeyd edək ki, builki yarışlar üçün ancaq elektron biletlər nəzərdə tutulub.

Biletlərini kassadan əldə edən və yalnız vauçer üzərində adı qeyd edilən şəxslər aşağıdakı satış məntəqələrinə yaxınlaşaraq vauçerləri və şəxsiyyət vəsiqələrini təqdim etməklə onları elektron biletə dəyişə bilərlər. Aşağıdakı cədvəldə bilet satışı məntəqələrinin ünvanları təqdim olunur:

No

Satış Məntəqəsi

Ünvan

1

28 Mall

Azadlıq pr., 15A/4, Bakı, Azərbaycan

10:00 – 22:00

2

Gənclik Mall

F.Xoyski, 38, Gənclik m.s., Bakı, Azərbaycan

10:00 – 22:00

3

Heydər Əliyev Sarayı

Bülbül pr., 35, Bakı, Azərbaycan

11:00 – 19:00

4

Kiosk 1 (Azərbaycan kinoteatrı)

M.Ə.Rəsulzadə (Azərbaycan kinoteatrı)

11:00 – 20:00

5

Kiosk 2 (Nizami küçəsi)

Bülbül pr., Nizami küçəsi, Bakı, Azərbaycan

10:00 – 19:00

6

ASAN 2

AMAY Ticarət Mərkəzi, 2-ci mərtəbə, 8 Noyabr pr., 23, Bakı

09:00 – 18:00 (bazar ertəsi – cümə)

10:00 – 17:00 (şənbə – bazar)

7

ASAN 3

ASAN, Abbas Mirzə Şərifzadə küç.,157, Yasamal, Bakı, Azərbaycan

09:00 – 18:00 (bazar ertəsi – cümə)

10:00 – 17:00 (şənbə – bazar)

8

ASAN 4

Sülh, 197, Bakıxanov, Sabunçu, Bakı, Azərbaycan

11:00 – 20:00

09:00 – 18:00 (bazar ertəsi – cümə)

10:00 – 17:00 (şənbə – bazar)

9

ASAN Sumqayıt

15-ci məhəllə, 42d, Bakı küçəsi, Sumqayıt

09:00 – 18:00 (bazar ertəsi – cümə)

10:00 – 17:00 (şənbə – bazar)

Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir. Xatırladaq ki, hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir.

Azarkeşlər biletlər və tribunalarla bağlı ətraflı məlumat üçün www.bakucitycircuit.com veb-səhifəsini ziyarət edə və ya BŞH-nin mobil tətbiqini də yükləyərək son yeniliklərdən xəbərdar ola bilərlər.

Həmçinin məlum olduğu kimi, elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir biletlə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skanerlənmiş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.

Əlavə məlumat və suallar üçün “6003” çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir