İdman

“Qarabağ” Avropada xal itirməyən dörd komandadan biridir

Sharing is caring!

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.

Oxu.Az-ın məlumatına görə, siyahıda “Qarabağ” da yer alıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk doqquz qarşılaşmanın hamısında meydanı üç xalla tərk edib. Ölkə çempionunun III turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda “Düdelanj” (9), Yunanıstanda “Panatinaikos” (8), Ukraynada “Dnepr-1” (6) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XI turunda oktyabrın 20-də “Turan Tovuz”u qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir