İdman

Kasilyas cinsi oriyentasiyasını dəyişdiyini etiraf etdi, Puyol da ona qoşuldu – FOTO

Sharing is caring!

Madrid “Real”ının  keçmiş qapıçısı İker Kasilyas homoseksual olduğunu yazıb.

“Ümid edirəm ki, mənə hörmət edirsiniz. Mən maviyəm. Hər kəsin bazar günü mübarək”, – keçmiş ispaniyalı qapıçı tvit ataraq qeyd edib.

Kasilyasın milli komandadakı keçmiş həmkarı, “Barselona”nın eks-müdafiəçisi Karles Puyol isə bu tvitə “Hekayəmizi danışmağın vaxtıdır, İker”, – yazaraq cavab verib.

Xatırladaq ki, 2009-cu ildə Kasilyas ispan teleaparıcı Sara Karbonero ilə görüşməyə başlayıb. 20 mart 2016-cı ildə onlar ailə qurublar. Cütlüyün iki oğlu var: Martin (2014) və Lukas (2016). 12 mart 2021-ci ildə cütlük 12 il birlikdə olduqdan sonra ayrıldıqlarını elan ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir