Cəmiyyət

Azadlığa çıxan sabiq nazir Vəli Ələsgərovun Naxçıvandan çıxışına qadağa qoyulub? – AÇIQLAMA

Sharing is caring!

Naxçıvan MR keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun azadlığa buraxıldıqdan sonra Naxçıvandan çıxışına qadağa qoyulduğu, Bakıya gələ bilmədiyi haqda məlumatlar yayılıb.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən sabiq nazir deyilənlərin yalan olduğunu bildirib.

O, azadlığa çıxması haqda danışıb:

“Mənim son ana qədər heç nədən xəbərim olmayıb. Rəis məni çağırıb deyəndə ki, sizi azadlığa buraxırıq, şoka düşdüm, elə bildim zarafat edir. İndi də azadlıqdayam. Bu deyilənlər yalandır. Hazırda Bakıda, ailəmin yanıdayam. Səhhətimlə, problemlərlə məşğulam”.

Qeyd edək ki, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barəsində apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir