MARAQLI

Rusiyada qeyri-adi hadisə: İşıq sütunları kilsəni işıqlandırdı – FOTO

Sharing is caring!


Rusiyanın Moskva vilayətində səmada qeyri-adi hadisə müşahidə edilib.

İşıq sütunları kilsəni işıqlandırıb, günəş halosu (Halo – Günəş və Ay ətrafında yaranan işıltılı halqadır – red.) səmanı aydınladıb.

Mojaysk şəhərinin küçələrində gecə yerdən göyə qədər uzanan işıqlı sütunlar əmələ gəlib. Buna şiddətli şaxtaların səbəb olduğu deyilir.

Daha bir rəngarəng görüntünü – Günəş halosunu Domodedovo şəhər sakinləri lentə alıblar. Günəş halosu sınmış işıq şüalarının atmosferdəki buz kristallarından keçməsi nəticəsində yaranır. Nəticədə günəş halqası əmələ gəlir.

Mənbə: “KP.ru” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir