İdman

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıblar – FOTO

Sharing is caring!

Çexiyanın paytaxtı Praqada keçirilmiş gənclərin Avropa çempionatında iştirak edən kişi cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

“Report”un məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, cüdoçuların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, komanda yarışı üç qızıl, bir gümüş və bir bürünc medalla başa vurub. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycan yığması ümumi komanda hesabında isə ikinci yerlə kifayətlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir