İdman

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Sharing is caring!

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçı siyahısında dəyişiklik olub.

Federasiyadan verilən məlumata görə, “Shusha Chess 2022”də qadınların yarışında Nurgül Səlimova (Bolqarıstan) iştirak etməyəcək.

Onun əvəzinə yeniyetmələr arasında dəfələrlə dünya çempionu olan Meri Arabidze (FIDE reytinqi 2422, Gürcüstan) mübarizə aparacaq.

Xatırladaq ki, qadınların yarışında Azərbaycan millisinin üzvləri Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) çıxış edəcəklər.

“Shusha Chess 2022” turniri 21-24 sentyabrda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir