İdman

“Nant”ın futbolçusu: “Qarabağ”la oyundan sonra toparlanmağa çalışdıq”

Sharing is caring!

“Vacib xal qazandıq. “Qarabağ”la matçdan sonra toparlanmağa çalışdıq”.

“Report” xəbər verir ki, bunu Fransanın “Nant” komandasının futbolçusu Andrey Cirotto “Lans”la qolsuz heç-heçə etdikləri Fransa Liqa 1-in VIII tur oyunundan sonra deyib.

30 yaşlı yarımmüdafiəçi qol şanslarından istifadə edə bilmədiklərini söyləyib:

“Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib gəlmək istəyirdik. Bu komandaya qarşı bir xal qazanmaq yaxşı nəticədir”.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin II turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir