İdman

Avropa Liqası: “Fənərbağça” “Dinamo”ya qalib gəlib, “Roma” uduzub – VİDEO

Sharing is caring!

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

“Report”un məlumatına görə, bu günə nəzərdə tutulan 16 oyundan 8-i artıq başa çatıb.

Türkiyə təmsilçilərindən “Fənərbağça” B qrupunda Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 35-ci dəqiqədə İstanbul təmsilçisindən Qustava Enrike açıb. 64-cü dəqiqədə Viktor Tsıqankov tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə “sarı-lacivərdlilər”in yeni transferi Mişi Batşuayi son nöqtəni qoyub.

UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr

A qrupu

“Sürix” (İsveçrə) – “Arsenal” (İngiltərə) – 1:2

PSV (Niderland) – “Budö Qlimt” (Norveç) – 1:1

B qrupu

AEK (Larnaka, Kipr) – “Renn” (Fransa) – 1:2

“Fənərbağça” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:1

C qrupu

“Lüdoqorets” (Bolqarıstan) – “Roma” (İtaliya) – 2:1

HİK (Finlandiya) – “Betis” (İspaniya) – 0:2

D qrupu

“Malmö” (İsveç) – “Braqa” (Portuqaliya) – 0:2

“Yunion” (Berlin, Almaniya) – “Yunion” (Belçika) – 0:1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir