İdman

Konfrans Liqası: “Başakşehir” Şotlandiya klubunu darmadağın etdi

Sharing is caring!

UEFA Konfrans Liqasında qrup mərhələsinə start götürüb.

“Report”un məlumatına görə, bu gün keçirilməli olan 16 matçdan 7-si artıq yekunlaşıb.

A qrupunda yer alan Türkiyənin turnirdəki təmsilçilərindən “Başakşehir” Şotlandiyada “Harts”ı darmadağın edib – 4:0. Qolları 26-cı dəqiqədə Hasan Ali Kaldırım, 67-ci dəqiqədə Yussuf Ndayişimiye, 75-ci dəqiqədə Stiven Kinqsli (avtoqol) və 82-ci dəqiqədə Berkay Özcan vurub.

UEFA Konfrans Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr

A qrupu

20:45. “Harts” (Şotlandiya) – “Başakşehir” (Türkiyə) – 0:4

20:45. “Fiorentina” (İtaliya) – RFŞ (Latviya) – 1:1

B qrupu

20:45. “Anderlext” (Belçika) – “Silkeborq” (Danimarka) – 1:0

C qrupu

20:45. “Vilyarreal” (İspaniya) – “Lex” (Polşa) – 4:3

20:45. “Hapoel” (Ber-Şeva, İsrail) – “Austriya” (Vyana, Avstriya) – 0:0

D qrupu

20:45. “Slovaçko” (Çexiya) – “Partizan” (Serbiya) – 3:3

G qrupu

20:45. “Balkani” (Kosovo) – ÇFR (Rumıniya) – 1:1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir