İdman

Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirildi

Sharing is caring!

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida gecəsi üçün çəkiölçmə mərasimi keçirilib.

“Report”un məlumatına görə, mərasimdə idmançıların son çəkiləri tərəzi üzərində ölçülüb. Bundan sonra hər döyüş üzrə idmançılar “face-to-face” prosedurunu yerinə yetirib.

Qeyd edək ki, gecənin son döyüşü “Mauqli” ləqəbli Zabit Səmədovla braziliyalı Antonio Silva arasında olacaq. Səmədov bu yarışda çempion olacağı halda, Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəmərini qazanacaq. Döyüş gecəsinin iştirakçı cütləri aşağıdakı kimi olacaq.

65 kq Nikita Kostermann (Niderland) – Kübra Aksoy (Türkiyə)

64,5 kq Nuri Kacar (Türkiyə) – Emil Xəlilov (Azərbaycan)

+100 kq Kirill Buler (Almaniya) – Buğra Ərdoğan (Türkiyə)

72,5 kq Kristian Baya (Niderland) – Seyfulla Xambaxadov (Rusiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Besmir Helşani (Almaniya) – Andrey Kedveş (Xorvatiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Dmitri Filonçik (Belarus) – Ruslan Nağıyev (Azərbaycan)

72,5 kq Alim Nəbiyev (Azərbaycan) – Andrey Ostrovyanu (Rumıniya)

+100 kq Zabit Səmədov (Azərbaycan) – Antonio Silva (Braziliya)

Sentyabrın 10-da keçiriləcək bu yarış Milli Gimnastika Arenasında baş tutacaq. Döyüşlər hər biri 3 dəqiqədən ibarət olmaqla 3 raund üzrə keçiriləcək.

Mix Fight Championship liqası çərçivəsində keçirilən görüşləri Caspian International Broadcasting Company – CBC TV-də Bakı vaxtı ilə saat 21:00-dan etibarən canlı yayımda izləmək mümkün olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir