Hüquq

Mirqafar Seyidov işdən çıxarıldı

Sharing is caring!

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib.


Xəbəral.az xəbər verir ki, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.


Xəbəral.az-a DİN Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib 



Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.



Digər məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.


Bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir