Bölgə

Ağdamda bayrağımıza HÖRMƏTSİZLİK – Fotolar

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Ağdam rayonun girişində yolun kənarındakı Bayraq Meydanından asılan Azərbaycan bayrağı cırılıb. Bayraq artıq bir müddətdir bu vəziyyətdə asılsa da, onu yenisi ilə əvəz etmək hələ ki, heç kəsin yadına düşmür.

Xəbəral.az-ın məlumatına görə, cırılmış bayraq sosial şəbəkə də paylaşılıraq insanlar tərəfindən İcra hakimiyyəti qınaq obyektinə çevrilib.

Görünür, bu hal şəhər icra hakimiyyəti və digər rəsmi qurumların diqqətini çəkmir. Bayraq elə bir rəmzdir ki , millət onda öz keçmişini , bu gününü və gələcəyini görür . Bununla neçənci dəfədir ki, milli atributumuz olan bayrağa hörmətsizlik olunur.

Xəbəral.az-a Ağdam rayonundan verilən məlumata görə, sözügedən məsələ sosial şəbəkələr də paylaşılandan sonra bayraq dirəkdən çıxarılıb, hələ də yenisi ilə əvəzlənməyib.

Xatırladaq ki, Ağdam rayonu Qarabağ savaşında ən çox şəhid verən qəhraman rayonlarımızdandır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir