Təhsil

Rektor işə bir neçə nəfərin köməyilə gedib-gəlir – VİDEO

Sharing is caring!

“Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov bir ildən çoxdur ki, ağır xəstədir. Rektor insult keçirib. Ancaq o, postundan əl çəkmir, ağır vəziyyətdə universitetə gəlib gedir”.


Xəbəral.az xəbər verir ki, bu barədə Teleqraf.com-a adının açıqlanmasını istəməyən məlumatlı şəxs bildirib.

Mənbənin fikrincə, belə ağır xəstə olan bir şəxsin ali təhsil müəssisəsində məsuliyyətli bir vəzifədə qalması yolverilməzdir: “Akif Süleymanov ağır xəstə olduğu üçün bir neçə şəxsin köməyi ilə inzibati binanın 2-ci mərtəbəsindəki iş otağına çətinliklə qaldırılır və 3-4 saatdan sonra həmin şəxslərin yardımı ilə düşürdülərək maşına otuzdurulub evinə yola salınır”.

Məsələ ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova isə bildirib ki, rektor postuna təyinat və azad olunma Prezidentin səlahiyyətlərinə aid məsələdir: “Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Yayılan görüntülər bir müddət rektorun təzyiqlə bağlı problemlər yaşadığı vaxta təsadüf edir. İddia olunduğu kimi o, insult keçirməyib, təzyiqlə bağlı problemləri olub. Həkimlərin diaqnozlarında da rektorun xəstəliyi hipertoniya qeyd olunub.

Akif müəllim hazırda işinin başındadır. Ciddi bir problemi olsa, işinə davam edə bilməz. Hər gün işə gedib-gəlir, bu da onun səhhətinin işi idarə edə biləcək qaydada olmasından xəbər verir”.

Akif Süleymanov özünün istefa verib-verməməsinə gəlincə, universitet rəsmisi bu haqda məlumatlı olmadığını deyib: “Hazırda o, işinə davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir