İdman

Ten Haqdan “Liverpul” məğlubiyyətinə görə “Çin işgəncəsi” kimi cəza

Sharing is caring!

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının XXVI turunda “Liverpul”a məğlubiyyətə görə komandasını cəzalandırıb.

O, qarşılaşmadan sonra futbolçuların paltardəyişmə otağından çıxmasına qadağa qoyub.

Heç kimə danışmaq icazəsi verməyən niderlandlı mütəxəssis onları sakitcə “Liverpul” futbolçularının qələbə coşqusunu dinləməyə məcbur edib.

Növbəti gün isə çalışdırıcı məşq zamanı oyunçularla çox sərt danışıb. Baş məşqçi bir daha belə hal təkrarlanacağı halda, onlara U-21 komandası ilə məşqə çıxacaqları ilə bağlı xəbərdarlıq edib.

“Mançester Yunayted” sözügedən görüşdə əzəli rəqibinə 0:7 hesabı ilə uduzub.

Mənbə: “The Mirror”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir