Hadisə Manşetüstü

Toy karvanında QƏZA: bəylə gəlin yaralandı

Sharing is caring!

İranın Zəncan vilayətində Qeydar yolunda toy karvanında ağır yol qəzası baş verib.

XəbərAl.az-ın məlumatına görə, bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.

M.Əziminin sözlərinə görə, toy karvanında “Peugeot Pars” markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub.

Rəsmi əlavə edib ki, hadisə nəticəsində bəylə gəlin də yaralanıb və xəstəxanaya yerləşdirilib.

Polis rəisi hadisəyə səbəbin sürət həddini aşma olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir