MARAQLI

Uşağa ilk telefon neçə yaşında alınmalıdır? – Psixoloqdan AÇIQLAMA

Sharing is caring!


Uşağınıza telefon, xüsusən də smartfon almaq üçün tələsməyə ehtiyac yoxdur.

Bu barədə rusiyalı uşaq psixoloqu Nataliya Derbeneva danışıb.

Onun sözlərinə görə, ilk telefon üçün ən yaxşı vaxt 5-7 yaşdır.

“Əlbəttə ki, həmyaşıdlarının sensor cihazlarına baxan bir uşaq sizdən eynisini istəyə bilər. Ancaq birinci telefon ən sadə, düyməli telefon olsa, daha yaxşı olar”, – deyə Natalya Derbeneva əlavə edib.

Bununla belə, psixoloq istənilən qacetin uşaq üçün ciddi diqqət yayındırıcı olduğunu vurğulayıb.

“Məsləhətləşməyə gələn bütün valideynlər övladlarının telefonla daha çox maraqlandıqları üçün ailə həyatında iştirak etmədiklərindən, valideynlər və həmyaşıdları ilə ünsiyyət qurmamasından şikayətlənirlər. Bunu izah etmək asandır: telefonların köməyi ilə biz çox tez və çətinlik çəkmədən bir doza dopamin qəbul edirik və təəssüf ki, belə sadə həzzin aludəçisi oluruq. Artıq telefonda oyun oynamaqdan və ya cizgi filmindən həzz almağa öyrəşmiş uşaq çətin ki, asudə vaxt kimi kitab və ya həmyaşıdları ilə gəzinti seçsin”, – deyə mütəxəssis bildirib.

Psixoloq zamanla bu cür davranışın uşağın inkişafına və emosional intellektinə son dərəcə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir