Dünya

BMT-dən HƏYƏCAN TƏBİLİ: “Sudanda onminlərlə uşaq aclıqdan ölə bilər”

Sharing is caring!


Sudanda 700 mindən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir. On minlərlə azyaşlı aclıqdan ölə bilər.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elderin bəyanatında bildirilir.

“Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ölümcül formasından əziyyət çəkir. UNICEF onların 300 mindən çoxunu lazımi qayğı və müalicə imkanı ilə əhatə edə bilməyəcək. Belə olduqda on minlərlə azyaşlının ölüm ehtimalı var”, – Elder əlavə edib.

Qeyd edək ki, Sudan əhalisinin yarısının (təxminən 25 milyon nəfər) humanitar yardıma və müdafiəyə ehtiyacı var. BMT-nin məlumatına görə, 1,5 milyondan çox insan ölkədən Mərkəzi Afrika Respublikası, Çad, Misir, Efiopiya və Cənubi Sudana qaçıb. Belə ki, Sudandakı vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri, ordu komandiri Əbdülfəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib və vətəndaş müharibəsinə bənzər vəziyyətə gətirib çıxarıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir