Hadisə

O fotodakı şəhid anası dünyasını dəyişdi – Foto

Sharing is caring!

Birinci Qarabağ müharibəsində şəhid olan Qasımov Bəhram Həmid oğlunun anası İltima Qasımova vəfat edib.

Xəbəral.az-ın məlumatına görə, o, 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Qasımov 1992-ci ildə Ağdam rayonun Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin anası 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak etmişdi. Görüşdə şəhid anası ilə Prezidentin birgə çəkilmiş fotosu rəğbətlə qarşılanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir