Hadisə

İtkin düşən 11 yaşlı Rasimin axtarışı dayandırıldı

Sharing is caring!

Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi bərpa edilib.

XəbərAl.az report-a istinadən xəbər verir ki, İmişli rayonunda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılmışdı.

Bununla da uşağın axtarışları Biləsuvar rayonu ərazisində yekunlaşıb.
 

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin batması ehtimal olunur.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir