Hadisə Manşetüstü

Türkiyədə ağır qəza – 10-dan çox insan yaralandı

Sharing is caring!

Türkiyənin Ərzurum vilayətində yüngül kommersiya avtomobili digər avtomobillə toqquşub.

XəbərAl.az-ın məlumatına görə, digər avtomobilləri keçməyə çalışan yüngül kommersiya avtomobili əks istiqamətdə hərəkət edən bir avtomobil ilə toqquşub. Bundan sonra başqa bir avtomobil arxadan kommersiya avtomobilinə çırpılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir