Şəkidə 4 yaşlı uşaq kimyəvi məhluldan zəhərlənib.
APA-nın məlumatına görə, iyulun 5-də axşam saat 21:00 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 2015-ci il təvəllüdlü Səfər Zöhrab oğlu Cəfərov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən bildiriblər ki, müayinə zamanı 4 yaşlı S.Cəfərovun yaşadığı ünvanda ehtiyatsızlıqdan maddələri durultmaq üçün istifadə edilən kimyəvi məhlulu içdiyi məlum olub. S.Cəfərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtdakı 1 saylı Xəstəxananın Toksikologiya Şöbəsinə göndərilib.