Cəmiyyət

Polis özünü çaya atmaq istəyən şəxsi xilas edib

Sharing is caring!


Sabirabadda intihar etmək istəyən şəxsi polis son anda xilas edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Rayonun Məmişlər kənd sakini E.Nuriyev Cavad kəndi ərazisində Kür çayının üzərindəki körpüyə çıxaraq özünü atmaq istəyib. Ətrafdakı insanlar şəxsi fikrindən daşındırmağa çalışsalar da, buna nail olmayıblar.

Həmin vaxt xidmətdə olan polis sahə rəisinin sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb. Polis qəfil həmlə ilə kəndlini tutaraq xilas edib. E.Nuriyev polis əməkdaşı ilə söhbəti zamanı şəxsi problemlərə görə özünü çaya atmaq istədiyini deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir