Dünya

Tbilisi meri: “Gürcüstanda hakimiyyət dəyişikliyi yalnız seçkilər yolu ilə baş verəcək”

Sharing is caring!

“Gürcüstanda hakimiyyət dəyişikliyi yalnız seçkilər yolu ilə baş verəcək”.

Bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

“Əgər kimsə düşünürsə ki, qarşıdurma, inqilab, qan tökmək yolu ilə hakimiyyəti dəyişmək olar,  çox yanılır. Hökumət ölkə əhalisinin böyük əksəriyyəti tərəfindən seçiləcək, yalnız iğtişaşlar  məqsədi güdən konkret siyasətçilər tərəfindən deyil”, – deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün keçmiş daxili işlər naziri Vano Merabişvili bəyan etmişdi ki, Gürcüstanda keçirilən etiraz aksiyalarının əsas məqsədi hökuməti dəyişmək və Gürcüstanı qərbyönlü, Ukraynayönlü hökumət halına gətirməkdir.

Mənbə: “Sputnik” Gürcüstan “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir