Dünya

Rusiya və Azərbaycanın İsraildəki səfirləri arasında görüş olub

Sharing is caring!

Bazar ertəsi Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovla azərbaycanlı həmkarı Muxtar Məmmədov arasında görüş keçirilib.

Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

Bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri qarşılıqlı maraq doğuran sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərinə toxunublar. Görüşdə, xüsusilə Böyük Vətən Müharibəsinin tarixi irsinin qorunması, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də Yaxın Şərq nizamlanması problemləri müzakirə edilib”, – deyə diplomatik nümayəndəlikdən məlumat verilib.

Qeyd olunub ki, Viktorov və Məmmədov “iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyəti” təsdiqləyiblər. Həmçinin, əlaqələrin davam etdirilməsi razılaşdırılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir