ABŞ-ın Nyu-york şəhərində lüks avtomobillərin satıldığı avtomobil qalereyasına silahlı hücum olub. Bu sırada uşaqları ilə avtomobillərə baxmağa gedən adam uşaqlarını qorumağa çalışarkən yaralanıb.
Görüntülərdə üç uşağını güllələrdən qorumaq istəyən atanın özünü uşaqlarının üzərinə sipər etdiyi görülüb. Ayağından vurulan adamın xəstəxanaya aparıldığı və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.