MARAQLI

Arvadının Yuxuda Gördüyü Bütün Heyvanları Satın Aldı – MARAQLI

Sharing is caring!

Banqladeşdə bir fermer arvadının 1 ildir yuxuda gördüyü bütün heyvanları satın alıb.
Dulal Çandra Roy adlı adam həyat yoldaşı Tulsi Raninin son bir ildir davamlı olaraq yuxusunda heyvan satın aldıqlarını gördüyünü və bunlara biganə qala bilməyərək at, qu quşu, qoç və keçi aldığını deyib.
Ancaq bu dəfə arvadının yuxuda fil görməsi və ondan fil almasını istəməsi fermeri çətin vəziyyətdə qoyub. Qadının istədiyi fili 20 min dollara satın alan Roy, “Yemək belə tapmağa çətinlik yaşayırıq. Filə necə baxacağımızı bilmirəm” deyib.
Lalmonirhat bölgəsində fermerliklə məşğul olan və  maddi vəziyyəti yaxşı olmayan adam əlindəki pulla fil aldığını, indi də filin baxıcısının maaşı və qidalanması mövzusunda sıxıntı yaşadığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir