Hadisə

“Lig TV” online satış insanlara qarşı necə dələduzluq edir? – FOTOFAKT

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanları durmadan, gecə-gündüz narkomaniyaya qarşı mübarizə apardıqları, Azərbaycan gəncliyini pis vərdişlərdən uzaq tutmağa çalışdıqları bir dönəmdə, təəssüflər olsun ki, əsasən gənc nəsilin yaşam tərzin pozan oyunların şahidi oluruq, söhbət “Lig TV” kimi tanınan, gənc və digər yaş kategoriya insanlarını öz əsarətinə alır, guya ki, online satış həyata keçirir.

“Lig TV” adlı şirkətin fəaliyyəti ilk baxışdan sadə görünsə də, ancaq çox incəliklə işləyən, pullu idman kanallarını, pulsuz online satışı adı ilə yaradılan şirkət, insanlara kartla öncədən ödəniş etdirməklə fırıldaq mexanizmi üzərində qurulub. 

Belə ki, Xəbəral.az-a müraciət edən vətəndaş bildirir ki, “Lig TV” idman kanalını pulsuz satmaq adı ilə, ondan öncədən bank hesabına köçürmə yolu ilə 100 -200 AZN ödəniş alıb, daha sonra kanalları bağlayıb. Vətəndaş 100 manatı göndərəndən sonra sifarişçinin telefon zənglərini hər yerdən bloklayıb cavab vermir.

Xəbəral.az saytına müraciət edən vətəndaş adı şərti Namiqin dediklərinə görə, “Lig TV” bu cür dələduzluğu bir neçə nəfərə qarşı edib. Araşdırma aparılsa bu dələduzluq 100000 AZN keçib artıq.

Redaksiyamıza müraciət edən adı şərti Namiq bildirdi ki, pulunu geri istəyəndə get hara deyirsən de, 200 manat dələduzluq sayılmır cinayət məsuliyyəti 500 manatdan yuxarı rəqəmlərdir.

Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan,”Lig TV” qeyri-leqal, idman kanallarının guya ki, pulsuz təşkil etməklə, külli miqdarda ölkəmizdə pullar qazanır.

İnsanları rahatlıqla zənglə tora saldıqları mobil nömrələri sizlərə təqdim edirik:

0997090878 – +994 51 409 78 08

Xəbəral.az saytı olaraq, Azərbaycan dövlətinin keşiyində dayanan, xalqına daim təmənnasız xidmət göstərən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və digər dövlət qurumlarına böyük rəgbət bəsləyirik, inanırıq ki, qısa zaman, narkomaniyaya qarşı necə mübarizə aparırlarsa, əsasəndə gənc nəsili məhv edən “Lig TV” kimi qanunsuz idman oyunlarını evdən izlə adı ilə insanlardan pul qoparanlara, təşkil edənlərə qarşı mübarizə apararaq, bu və bu kimi zərərli vərdişləri təbliğ edənləri tapıb, tez bir zamanda məsuliyyətə cəlb edəcəklər. 

Nəzərinizə çatdıraq ki, qarşı tərəfin mövqeyin öyrənməyə çalışsaq da cəhtlərimiz boşa getdi. Zənglərimiz cavabsız qaldı.

Mövzuya qayıdacağıq

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.