İdman

Çempionlar Liqası: Oyun günü darmadağınla başladı – VİDEO

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında I tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə bütövlükdə 8 qarşılaşma keçiriləcək.

Onlardan bəziləri artıq başa çatıb.

A qrupunda “Ayaks” Niderlandda Şotlandiyanın “Reyncers” kollektivini qəbul edib. Qonaqları meydana çıxamağa peşman edən ev sahibləri şotlandların qapısından 4 cavabsız top keçiriblər – 4:0. 

D qrupunda isə Avropa Liqasının son qalibi olan “Ayntraxt” (Frankfurt) Almaniyada Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Bu matçda da böyükhesablı qələbə qeydə alınıb. Lakin bu dəfə sevinən tərəf qonaqlar olub – 0:3.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

A qrupu

“Ayaks” (Niderland) – “Reyncers” (Şotlandiya) 4:0

D qrupu

“Ayntraxt” (Frankurt, Almaniya) – “Sportinq” (Portuqaliya) 0:3

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir