Hərbi

Şok ƏMƏLİYYAT KEÇİRİLDİ: yüzlərlə hərbçi HƏBS OLUNDU – VİDEO

Sharing is caring!

Türkiyədə tarixin ən böyük FETÖ əməliyyatı keçirilib.

XəbərAl.az xəbər verir ki, 50 əyalətdə baş tutan əməliyyat nəticəsində 304 əsgər saxlanılıb.

Onlardan 193-ü Quru Qüvvələri Komandanlığı, 111-i Hava Qüvvələri Komandanlığında xidmət edirmiş.

FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində kök salmasına qarşı keçirilən əməliyyatda saxlanılanlar təşkilatın qondarma imamları ilə kabelsiz telefonlarla əlaqə qurmaları sayəsində aşkarlanıb.

İzmir Baş Prokurorluğu həmin şəxslər haqqında həbs qərarı çıxarıb.

Şübhəlilər arasında 5 polkovnik, 1 podpolkovnik, 1 minbaşı, 10 yüzbaşı, 53 baş leytenant, 5 leytenant, 221 kiçik leytenant, 7 çavuş rütbəli şəxs var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir