Hərbi

Abşeronda Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur

Sharing is caring!

Zəfər gününün üçüncü ildönümündə respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr – Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

Abşeron RİH-in tədbirlər planına uyğun olaraq əlamətdar tarixi gün münasibətilə müxtəlif silsilə tədbirlər – “Zəfər dastanı” şeir müsabiqəsi, kitab və rəsm sərgiləri, dəyirmi masa və disputlar, ədəbi-bədii kompozisiyalar, flaşmob, açıq dərslər, idman yarışları və “Zəfər nəğməsi” adlı muğam festivalı keçirilib. Tədbirlər sırasında həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlər tərəfindən yazılan 100-dən artıq məktub əsgərlərə ünvanlanıb.

Müsabiqələrdə fərqlənən şagirdlərə Abşeron RiH tərəfindən fəxri fərman, diplom və təşəkkürnamələr  təqdim edilib.

Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində keçirilən silsilə tədbirlərdə 44 günlük Vətən müharibəsi, “Dəmir yumruq”, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı və rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı 30 illik işğaldan azad etməsi, şanlı Zəfər qazanması, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması barədə şərəfli tariximizdən danışılıb.

Zəfər Gününə həsr olunan silsilə tədbirlərdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilər dövlətimizin rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

“Hədəf” liseyi Abşeron filialında “Zəfərin balabilgələri” adlı tədbir yüksək həyəcan və sevinclə keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və liseyin kollektivi iştirak edib. RİH başçısı xüsusi olaraq hazırlanan liseyin “CNC” aparatını işə salaraq “STEAM”la tanış olub. Bu aparatla Ümumilli Liderin Heydər Əliyevin portreti hazırlanıb. Eyni zamanda rəngarəng rəsm sərgisinə baxış keçirilib.

Liseydə təhsil alan şəhidlərimizdən bizə əmanət qalan övladları xüsusi təbrik edərən Abdin Fərzəliyev onlara hədiyyələr təqdim edib.

Məlumat üçün bildirək ki, sabah Zəfər Günü Abşeron rayonunda təntənəli şəkildə qeyd olunacaq. Qələbənin üçüncü il dönümündə Abşeron ictimaiyyəti tərəfindən ilk olaraq Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilərək xatirəsi dərin ehtiramla yad olunacaq. Sonra Şəhidlərin Xatirə Kompleksi, abşeronlu şəhidlərin də dəfn olunduğu İkinci Fəxri Xiyaban, Xırdalan şəhərindəki, o cümlədən  rayonun bütün kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunacaq. Daha sonra isə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda respublikamızın tanınmış incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış edəcəyi konsert proqramı baş tutacaq və tədbir atəşfəşanlıqla sona çatacaq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir