Siyasət

Baş nazir AVK prezidenti ilə görüşdü – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 7-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Avropa Voleybol Konfederasiyasının rəhbərliyinin və Türkiyə Voleybol Federasiyası prezidentinin voleybol üzrə növbəti Azərbaycan çempionatının rəsmi açılış mərasimində iştirakı yüksək qiymətləndirilib.

Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə danışan Ə.Əsədov idmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğunu, ölkədə müasir idman infrastrukturunun yaradıldığını bildirib.

Qeyd edilib ki, bütün bunlar idmançılarımızın beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayıb.

Bu gün voleybolun Azərbaycanda ən populyar idman növlərindən biri olduğu bildirilərək dövlət tərəfindən onun inkişafına və kütləviləşməsinə böyük diqqət yetirildiyi qeyd edilib.

Azərbaycan dövlətinin voleybolun inkişafına dəstəyini bundan sonra da davam etdirəcəyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan Voleybol Federasiyası beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Voleybol Konfederasiyası, həmçinin Türkiyə Voleybol Federasiyası da daxil olmaqla, digər xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirmək əzmindədir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Görüşdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir