Dünya

Xavi “Milan”ın yeni baş məşqçisi ola bilər

Sharing is caring!




Hazırda “Barselona”nın çalışdırıcısı olan Xavi Ernandes “Milan”ın yeni baş məşqçisi vəzifəsinə namizədlərdən biri hesab olunur.

Məlumata görə, “Milan” klubu Stefano Piolini əvəz edə biləcək mütəxəssisləri fəal şəkildə araşdırır.

Komanda sahibinin müşaviri olan Zlatan İbrahimoviçin mövsümün sonunda “Barselona”dan ayrıldıqdan sonra Xavinin “Milan”a gəlməsini istədiyi vurğulanır.

İtaliya klubunun yeni baş məşqçisi postuna digər potensial namizədlər arasında Ruben Amorim (“Sportinq”), Unay Emeri (“Aston Villa”), Serxio Konseysao (“Portu”) da var.

Xatırladaq ki, son aylar “Milan” rəhbərliyinin Piolini işdən çıxarmaq niyyətində olması ilə bağlı söz-söhbətlər artıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir