Gündəm manset

Alimpaşa Məmmədovdan şəhid anasına şok təklif: “Gəl səni ərə verim” – VİDEO

Sharing is caring!

Şəmkir rayonun həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov şəhid anasına ərə getməyi təklif edib.

XəbərAl.az xəbər verir ki, bu barədə şəhid anasının özü məlumat verib.

Belə ki, şəhid anası A.Məmmədovun qəbulunda olarkən yaşayış şəraiti ilə bağlı şikayətlərini dilə gətirib. Sabiq başçsı isə prblemdən çıxış yolunu qadının ərə getməsində görüb:

“Alimpaşa müəllimin qəbulunda oldum. Dedim evim uçub-dağılır. Mənə dedi ki,neynirsən bu problemləri çəkirsən. Gəl səni ərə verək problemlərin qurtarsın. Mən cavanlıqdan dul qalıb oğul böyütmüşəm, ərə getməmişəm. Oğlumu vətənə qurban vermişəm. İndiyədək ərə getməyən şəhid anasını icra başçısı ərə verir”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir