Gündəm

Əli Həsənov Vüqar Əliyevlə bağlı suala nə cavab verdi?

Prezidentin sabiq köməkçisi Əli Həsənov özünün “Facebook” hesabında bəzi mətbuat orqanlarında onun Azərbaycana gətirilməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib. 
XəbərAl.az xəbər verir ki, sabiq şöbə müdiri qeyd edib ki, o, oktyabr ayının 1-dən Azərbaycandadır və müalicəsini ev şəraitində davam etdirir.
Ə.Həsənovun paylaşımı sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Ən maraqlı rəylərdən biri jurnalist Əlişir Əhədin – “Vüqar Əliyev heç bu məsələlərdə sizə kömək etmir” sualına Əli Həsənov “Mənim hazırda köməyinə ehtiyac duyduğum və pənah apardığım bir tək varlıq- Uca Yaradandır!” deyə cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir